Yanvarın 27-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin (AİF) AZ2010008681 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.Bakı Fond Birjasından Azərtac-a verilən məlumata görə, istiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1000 AZN təşkil edəcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…