Bakı “Formula-1” Avropa Qran-prisinə tam hazırdır

7 İyun 2016 11:46

Xəbər 1043 dəfə oxunub

Bakı şəhər halqası “Formula-1” Avropa Qran-pri yarışını yüksək səviyyədə keçirmək üçün tam hazırdır. Son müşahidələrimiz bunu deməyə əsas verir. Azərtac xəbər verir ki, bu barədə Bakıda təşkil ediləcək “Formula-1” yarışından əvvəl trekdə görülən hazırlıq işlərinin gedişini yoxlamaq üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq iyunun 6-da keçirdiyi mətbuat konfransında məlumat verib. Bakıya növbəti səfərindən məmnunluğunu bildirən C.Vaytinq deyib ki, trekin “Formula-1”in şəhər yarışına hazırlıq səviyyəsini öyrənmək üçün keçirilən sonuncu baxışdan indiyədək bir ay keçib. FİA nümayəndə heyətinin baxışı zamanı ötən müddətdə burada xeyli iş görüldüyünün şahidi olduq. Çəkilən yol artıq tam hazırdır. Yol və onun ətrafında quraşdırılmış obyektlər yüksək keyfiyyətlidir. Bu işləri ərsəyə gətirdiyimizdə şəhərdə paralel olaraq nəqliyyatın hərəkətini də təmin etmək vacib idi. Bakı şəhər halqası boyunca hazırlıq işləri tamamlanıb. İşlərin planlaşdırdığımız kimi aparılması məni valeh etdi. Ümumilikdə işlər beynəlxalq standartlar səviyyəsində görülüb. Təhlükəsizlik baryerləri və çəpərlərlə bağlı müəyyən işlər qalıb. Bütün bu işlər başa çatdıqdan sonra yarış keçiriləcək. Ç.Vaytinq deyib ki, Bakıda yağışlı havanın yarışa elə də təsir etməyəcəyini düşünürəm. Çünki yarış avtomobillərinin təkərləri olduqca qalındır, onlar sürüşməyə tab gətirə bilir. Ancaq həddən artıq güclü yağış yağarsa, avtomobili idarə etmək çətin olacaq və bu, eyni zamanda, pilotlar üçün yeni bir çağırış olacaq. Güclü leysan yağışları xoşagəlməz hadisələrin baş verməsinə səbəb olduqda isə yarışlara nəzarət edən heyət müəyyən qərarlar qəbul edəcək. “Yarışla bağlı görülmüş təhlükəsizlik tədbirlərindən tam məmnunam. Son iki il ərzində biz bu məsələləri müzakirə etmişdik. Lazımı tədbirlər görülüb. İçərişəhər divarları boyunca trekin 8-ci dövrədən başlayaraq 11-ci dövrəyə qədər davam edən yoxuşlu dar küçə ən ensiz hissəsidir. Ancaq bu treki tərtib edənlər və həmçinin mühəndislər əllərindən gələni ediblər ki, trasda təhlükəsizlik tam şəkildə təmin olunsun. Burada bolidlərin qarşısını kəsə biləcək hər hansı mane yoxdur”, – deyə Ç.Vaytinq vurğulayıb. FİA-nın eksperti qeyd edib ki, qəza baş verərsə pilotlar üçün ən təhlükəli məsələ avtomobillərin təkərləridir. Biz bu sınağı elə apardıq ki, avtomobillər saatda 200 kilometr sürətlə hərəkət etdiyi zaman təkər çıxdıqda pilotlar zədə almasın. Bu baxımdan testimizi apardıq və nəticələrdən razıyıq. Bakı şəhər halqasını yarışlar üçün rəsmən hazırlamaq üçün gələn həftədə paytaxtınızda olacağam. Qeyd edək ki, gələn həftədən etibarən “Formula-1” rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyasını nümayəndələri, komandalar və turistlər Bakıya gələcəklər.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02