“Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib

7 Aprel 2017 11:50

Xəbər 838 dəfə oxunub

Aprelin 7-də “Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, mətbuat konfransında aprelin 30-da təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə məlumat verilib.Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilən layihənin icraçısı “Sport Marketing Group” (SMG) şirkətidir.Marafon barədə “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib. Bildirib ki, marafonda iştirak üçün aprelin 7-dək 6385 nəfər qeydiyyatdan keçib. Qeydiyyat prosesi fevralın 10-dan başlayıb və aprelin 20-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs – Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilərlər.xeber100.com