Fransanın “Thales” şirkəti Bakı metropiliteninin “Nərimanov” deposuna baxış keçirib.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirib ki, “Bakı Metropoliteni” QSC ilə Fransanın “Thales” şirkəti arasında imzalanan müqaviləyə əsasən əməkdaşlıq yeni istiqamətlərdə genişləndirilir. Müqaviləyə görə, yeni xətlərin idarə edilməsi sistemlərini quraşdıracaq şirkət “Nərimanov” elektrik deposunda qatar hərəkəti sistemlərinin müasirləşdirilməsində də iştirak edəcək. Bununla əlaqədar şirkətin nümayəndələri – Tomas Lannuzel, Pedro Madureyra Nunyes, Sedrik Lua “Bakı Metropoliteni” QSC-yə ezam olunub.N.Paşayevin sözlərinə görə, səfər çərçivəsində yenidən qurulması nəzərdə tutulan “Nərimanov” elektrik deposunun işarəvermə və rabitə sistemlərinin, qatar hərəkətinin idarə olunması sistemləri və avadanlıqlarının müasir tələblər səviyyəsinə çatdırılması, o cümlədən yoldəyişdirici qurğuların, yeni nəsil işıqforların quraşdırılmasında buna qədər yaranan suallar yerində araşdırılıb və təkliflərin müzakirəsi aparılıb. “Thales”in nümayəndələri, həmçinin “Nərimanov” elektrik deposunda inşası davam edən qatarların əsaslı təmiri sahəsi və qatarların sınaq yolu ilə yaxından tanış olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…