15 sentyabr – Bilik günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC daha bir sosial layihə həyata keçirib.Azərtac xəbər verir ki, sentyabrın 15-də metronun “28 May” stansiyasının girişində balaca məktəblilər üçün yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib.Tədbirdə metropoliten işçiləri birinci sinfə qədəm qoyan şagirdləri qarşılayaraq, onlara məktəb ləvazimatları bağışlayıblar.Bundan əlavə, metropoliten işçiləri “28 May” stansiyasından istifadə edən birincilərə tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatına aid suallar veriblər.“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, əlamətdar günlərdə və bayramlarda metropoliten sərnişinləri daim diqqət mərkəzində saxlamağa çalışır. “Ənənəvi olaraq Bilik günündə xüsusilə də, metrodan istifadə edən məktəblilərdə dərsə olan həvəsi yaratmaq üçün onlara sürpriz edirik – müxtəlif hədiyyələr, çantalar, qələmlər və jurnallar bağışlayırıq. Əminik ki, Bilik günü ilə bağlı bu sürprizlər uşaqların yadında həmişə qalacaq”.N.Paşayev qeyd edib ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayacaq, onları Bilik günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…