Bakıda yeni piyada keçidi istifadəyə verilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib. M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. Belə ki, sakinlər tikintisi davam edən “Dərnəgül” elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidini artıq sakinlərin istifadəsinə verib. Layihəsi “Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan piyada keçidi Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…