“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsinə başlanılır.QSC-dən Azərtac-a bildirilib ki, bu mərhələ çərçivəsində stansiyanın birinci yolu və platformasında, habelə vestibülü və keçidlərində əsaslı təmir işləri aparılacaq.Hər şeydən əvvəl stansiyanın vəziyyəti qiymətləndirilərək yerinə yetiriləcək işlərin həcmi və miqyası müəyyən olunub və mərhələlərə bölünüb. Əsas məsələ isə budur ki, “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət məhdudlaşdırılmayıb. Bu məqsədlə birinci mərhələdə təmir stansiyanın ikinci yolunda aparılıb. Həmin müddətdə qatarlar birinci stansiya yolundan hərəkət edib.Burada əsas məqsəd stansiyanın ölkədəki mürəkkəb iqtisadi dövrə təsadüf edən tikintisi zamanı yol verilmiş nöqsanların tamamilə aradan qaldırılmasıdır. Təmir və yenidənqurma tədbirlərinin ikinci mərhələsi çərçivəsində “Cəfər Cabbarlı” stansiyasının birinci yolunda da yol infrastrukturu tamamilə yeni əsaslarla inşa olunacaq. Burada da “Bənövşəyi xətt”in “8 Noyabr”, “Yaşıl xətt”in “Xətai” və “Elmlər Akademiyası” stansiyalarında olduğu kimi, yol infrastrukturunun təməli dəmir-beton bloklar üzərində qurulacaq. Bu məqsədlə köhnə yol infrastrukturu söküləcək, yol yatağı dağıdılacaq və texnoloji proseslərin ardıcıllığına uyğun olaraq yenisi quraşdırılacaq.“Cəfər Cabbarlı” stansiyasında birinci yolun divarı və platformaaltı sahə əsaslı təmir olunacaq, kabel kollektoru müasir infrastrukturun tələblərinə uyğunlaşdırılacaq. Həmçinin stansiya yolunda, platformada və pilonlarda gücləndirmə işi aparılacaq. Burada işlər döşəmə və divarların üzlənməsi ilə tamamlanacaq.Stansiyanın keçidləri, vestibül səviyyəsində eskalatorların maili gedişi, giriş və çıxış sahələrinin tavan, döşəmə divarları, həmçinin xidməti otaqları əsaslı təmir olunacaq. Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqları müasir standartların tələbləri səviyyəsində yenilənəcək.Qeyd edək ki, stansiyada aparılan yenidənqurma işlərinin birinci mərhələsi stansiyanın bir yolu ilə yanaşı müvafiq tunellərdə də aparılır. İkinci mərhələ çərçivəsində aparılacaq təmir prosesində “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkəti dayandırılmayacaq. Qatarlar təmir işlərinin əsas hissəsi başa çatmış ikinci yol ilə “Xətai” stansiyasına hərəkət edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…