“Bakı Metropoliteni” QSC-nin yaradılmasından sonra qatarların təmiri ən yüksək standartlar səviyyəsinə çatdırılıb. Əsaslı təmir üçün ölkə daxilində müvafiq zavod şəraiti olmadığından, 2013-2015-ci illərdə 5 qatar Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilib.“Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, işin əhəmiyyətini nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metropoliten tarixində ilk dəfə qatarların əsaslı təmirinin və modernləşdirilməsinin yerli şəraitdə təşkili ilə bağlı ciddi addımlar atıb.2014-cü ildə başlanan işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib. Əldə olunan səmərə və keyfiyyət sahənin inkişafına zəmin yaradıb. 2015-ci ildə vaqon salonunun yenilənməsinə, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsinə və havalandırma xəttinin təmizlənməsinə başlanılıb. Nəhayət, işlərin üçüncü mərhələsindən vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi də yeniləşmə tədbirlərinə daxil edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…