“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

21 Aprel 2017 11:15

Xəbər 1014 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar rəsmi akkreditasiyadan keçmiş şəxslər və fəaliyyət göstərən könüllülər may ayının 1-dən 30-dək Bakı metrosundan pulsuz istifadə edəcəklər.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac-a eksklüziv olaraq deyib.O bildirib ki, artıq vəsiqələrin nümunələri metronun stansiyalarına paylanılıb. May ayının 1-dən etibarən vəsiqələri göstərməklə metrodan pulsuz istifadə etmək mümkündür.xeber100.com