Dövlətimizin başçısının vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq paytaxta 115 ədəd yeni avtobus gətiriləcək.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, Türkiyənin “BMC” şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz mühərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.Avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək, bu da sərnişindaşımaların daha rahat və təhlükəsiz təşkili baxımından əhəmiyyətlidir. Əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırığı əsasında son 5 ildə 603 ədəd orta və iri tutumlu müasir sərnişin avtobusu alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.Avtobus parkının yenilənməsi ilə bağlı ötən müddətdə görülən tədbirlər pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlılığını təmin edib. Dövlət başçısının müvafiq Sərəncamına əsasən 2019-cu ildə alınan 300 ədəd avtobus sayəsində müntəzəm xətlərlə yanaşı, 12 sayda ekspress xətt təşkil olunub və müntəzəm xətlər üzrə avtobusların sayı artırılıb ki, bu da pandemiya zamanı mühüm əhəmiyyət kəsb edir. Xüsusilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axınının idarə olunması baxımından zəruri hesab olunur.Yeni avtobusların alınması ilə ətraf kənd və qəsəbələr, o cümlədən Mərdəkan, Maştağa, Bilgəh, Buzovna, Zuğulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrinin birbaşa şəhər mərkəzi ilə əlaqələndirilməsi mümkün olub.Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektrik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda “BMC” və “MAN” şirkətləri ilə elektrik avtobuslarının gətirilməsi, onların fəaliyyəti üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…