Xüsusi karantin rejimi çərçivəsində fevralın 15-dən ali məktəblərdə əyani, orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesinin başlayacağı nəzərə alınaraq küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında nəqliyyat vasitələrinin sıxlığının yaranması istisna edilmir.Azərtac xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bu səbəbdən hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edir.“Mövcud pandemiya şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bakı Nəqliyyat Agentliyi övladlarını şəxsi nəqliyyat vasitəslə məktəbə aparan valideynlərdən xahiş edir ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.Gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür”, – deyə agentliyin məlumatında qeyd olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…