Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrutlar xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, nəticələrə əsasən 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə “BakuBus” MMC qalib elan olunub. Qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin “BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin ediləcək. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.71 və 199 nömrəli marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra olunacaq.Həmçinin sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb.Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…