Bakı Nəqliyyat Agentliyi (BNA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Smart Building 2020” beynəlxalq ixtisaslaşmış sərgi-konfransında təmsil olunub.Agentlikdən Azərtac-a bildirilib ki, sayca 4-cü olan sərgi-konfransda BNA-nın nümayəndələri də iştirak edib. İki gün davam edən sərgi-konfransda “ağıllı şəhər” sistemləri və avtomatlaşdırma eləcə də, ağıllı həllər sahəsində əldə olunan son nailiyyətlər təqdim olunub.Sərgi çərçivəsində keçirilən görüşlərdə əsas diqqət şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına imkan verən texnologiyalara yönəldilib. Eyni zamanda, ukraynalı mütəxəssislərə Bakı şəhərinin nəqliyyat sisteminin modernləşdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.Qeyd edək ki, şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir. Eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılması bu sahədə icra olunan ən son layihələrdəndir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…