Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi xidmətlərində mövcud olan çatışmazlıqların tezliklə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.O bildirib ki, Bakı Nəqliyyat Agentliyində paytaxtın inzibati ərazisində taksi xidməti ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib. Görüşdə əhaliyə, eləcə də paytaxtımıza gələn turistlərə təhlükəsiz, rahat və keyfiyyətli taksi xidmətinin göstərilməsinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Hazırda müxtəlif şirkətlər tərəfindən göstərilən taksi xidmətlərində mövcud olan çatışmazlıqlar diqqətə çatdırılıb. Onların qısa vaxtda aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.M.Ağayevin sözlərinə görə, taksi şirkətləri balanslarında olan nəqliyyat vasitələrini mütləq qaydada şəhərimizin müasir simasına uyğunlaşdırılmalıdırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…