Bakı Olimpiya Stadionunda atletika yarışlarına start verilib

16 May 2017 11:17

Xəbər 729 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 16-da Bakı Olimpiya Stadionunda atletika yarışlarına start verilib.Azərtac xəbər verir ki, hazırda kişilər arasında (F57) nüvə itələmə yarışının finalı və qadınlar arasında 400 metr məsafəyə sədlərlə qaçış, kişilər arasında lövhə atma və qadınlar arasında (T12) 100 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsi keçirilir.Nüvə itələmə yarışında ölkəmizi Samir Nəbiyev, qadınların qaçış yarışında Lidiya Salixova, lövhə atmada İsmayıl Əliyev, qadınlar arasında (T12) 100 metr məsafəyə qaçış yarışında isə Yelena Çebanu təmsil edir.xeber100.com