Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlayıb.BŞH-dən bildiriblər ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərin xarici dil biliyi arzu olunandır. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.2023-cü il Azərbaycan Qran-Prisi Könüllülər Proqramının elan olunması ilə bağlı BŞH-nin İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib ki, Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı, hər il olduğu kimi onların peşəkar inkişafına da xüsusi diqqət göstərir. Belə ki, onların fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər, fərqli mövzularda seminarlar və danışıq klubları keçiriləcək. Burada onlar müxtəlif sahələri əhatə edən təlimlərdə iştirak edərək, yeni biliklər qazana və fikir mübadiləsi apara biləcəklər. Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…