“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti müsabiqə keçirir

12 Aprel 2018 13:32

Xəbər 971 dəfə oxunub

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşmək imkanı verən müsabiqə keçirir.Azərtac xəbər verir ki, müsabiqənin qalibləri aprelin 27-də “Jamiroquai” qrupunun solisti Jay Kay, bir gün sonra isə Kristina Aqilera ilə üz-üzə görüşərək səmimi söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı “Instagram” və ya “Twitter”də həmin ulduza dair haştaqla paylaşmalı və @bakucitycircuit hesabını bu paylaşımda işarələməlidir.xeber100.com