“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 16-da Formula-1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün “Məkanla tanışlıq” adlı ikigünlük təlimə başlayıb.Azərtac xəbər verir ki, təlimin keçirilməsində məqsəd könüllülərin məkanla tanışlığını təmin etməkdir. Təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarətdir. İlk hissədə könüllülərə təyin olunduqları məkanlarla bağlı təqdimat göstərilib. Daha sonra könüllülər həmin məkanlarla praktiki tanış olublar. Bundan başqa, təhlükəsizlik qaydalarının pozulması hallarında, eyni zamanda təhlükəli hadisələr baş verdikdə görüləcək ilk tədbirlər haqqında könüllülərə məlumat verilib.Təlimin ilk günündə iki, iyunun 17-də isə dörd zonanın könüllüləri daxil olmaqla, ümumilikdə 3 min nəfər iştirak edəcək.BŞH-nin İnsan resursları və işçi qüvvəsi şöbəsinin əlaqələndiricisi Sevinc Cəfərova təlimin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Məkan təlimləri könüllülərin hazırlığı prosesində sonuncu mərhələdir. Tribunalar və müxtəlif yarış obyektləri haqqında könüllülərin öncədən məlumatlandırılması onların Qran-Pri zamanı işlərini uğurla həyata keçirməsində mühüm rol oynayacaq. Məkanla tanışlıq təlimlərindən sonra könüllülər rəsmi olaraq işləyəcəkləri şöbələrdə fəaliyyətlərinə start verəcəklər”.Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…