“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

27 Yanvar 2017 11:36

Xəbər 835 dəfə oxunub

Bu il iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə biletlərin 30 faizədək endirimli qiymətlərlə satışı kampaniyası bir həftə sonra – yanvarın 31-də başa çatacaq.Azərtac xəbər verir ki, Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) endirimli qiymətlərlə bilet satışı kampaniyasının başa çatmasına bir həftənin qalması ilə əlaqədar yarış həvəskarlarını bir daha bu fürsətdən yararlanmağa çağırır.BŞH ötən dekabrın 2-dən etibarən 30 faizədək endirimli dördgünlük biletləri məhdud sayda təklif edir. Bu kampaniya cari il yanvarın 31-dək davam edəcək. Kampaniya başa çatdıqdan sonra biletlərin satışı tam qiymətlərlə aparılacaq.Dördgünlük biletlər azarkeşlərə trekdə üç gün müddətində davam edəcək yarışlarla yanaşı, trekdən kənarda əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 22-də keçiriləcək “Pit yolu” yürüşündə iştirak imkanı verir.xeber100.com