“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

6 Aprel 2018 13:21

Xəbər 1088 dəfə oxunub

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri ilə əlaqədar trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən Azərtac-a bildiriblər ki, aprelin 6-dan 7-ə keçən gecə Azneft dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq, həmçinin burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar aprelin 7-dən 8-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq. Həmçinin aprelin 9-da gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.Bundan başqa, aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin Bakı dəniz vağzalının qarşısındakı hissəsində yolun hərəkət hissəsi daraldılacaq.xeber100.com