Aprelin 26-28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar yarışın təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) trekin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işlərini davam etdirir.BŞH-dən Azərtac-a bildiriblər ki, Puşkin küçəsinin Üzeyir Hacibəyli və Xaqani küçələrinin kəsişmələri arasında olan yol martın 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyli və Neftçilər küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 27-dən aprelin 8-dək asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Lakin Hökumət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 22-dən 26-dək, Bülbül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 27-dən aprelin 8-dək, Xaqani küçəsinin Puşkin küçəsi və Bülbül prospekti ilə kəsişməsi aprelin 1-dən 8-dək qismən bağlanacaq.Qeyd edək ki, göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…