Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatı

23 May 2022 15:14

Xəbər 388 dəfə oxunub

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Azərtac-a bildiriblər ki, mayın 23-də saat 23:00-dan etibarən yolun Azadlıq-Neftçilər prospektinin kəsişməsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.xeber100.com