“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

22 Aprel 2017 12:31

Xəbər 796 dəfə oxunub

Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də baş tutacaq Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar yarışın keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini, həmçinin trekin asfalt örtüyünün yarışa tam hazır vəziyyətə gətirilməsi istiqamətində təmir-bərpa işlərini davam etdirir.BŞH-dən Azərtac-a bildiriblər ki, iyunun 22-si saat 09:00-dan iyunun 23-ü saat 18:00-dək Neftçilər prospekti ilə olan kəsişmələri arasındakı hissəsində təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən yolun həmin hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.xeber100.com