“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

15 İyun 2017 14:07

Xəbər 1293 dəfə oxunub

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula-1 Azərbaycan Qran-Prisini izləməyə gələn tamaşaçılar üçün dördgünlük geniş əyləncə proqramı hazırlayıb.Azərtac BŞH-yə istinadla xəbər verir ki, əyləncə proqramı iyunun 22-25-ni əhatə edir. Nəzərdə tutulan bütün tədbirlər Dənizkənarı Milli Park ərazisi ilə yanaşı, Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında da baş tutacaq. Əyləncə proqramı iyunun 22-də saat 14:00-dan 22:00-dək davam edəcək, iyunun 23-25-də isə səhər saat 10:00-da başlayıb axşam saat 23:00-da başa çatacaq.BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: “Biz bu il Formula-1 Azərbaycan Qran-Prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və məzmunlu əyləncə proqramı hazırlamışıq. Eyni zamanda, müxtəlif günlərə və zonalara fərqli qiymətlərə biletlər təklif edirik. Məqsədimiz kiçikdən böyüyə hər kəsin yarış həyəcanını yaxından yaşamasını təmin etməkdir”.xeber100.com