“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

10 Noyabr 2017 11:45

Xəbər 880 dəfə oxunub

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula-1 ilə əlaqədar “Sürətin nəbzini tut-2” adlı ikigünlük praktik təlim keçirəcək.BŞH-dən Azərtac-a bildiriblər ki, dekabrın 13-14-də təşkil ediləcək təlim Formula-1 yarışlarını “Sky Sports” və “BeIN Sports” kanallarında işıqlandırmış britaniyalı jurnalist və peşəkar avtoidman şərhçisi Kristofer Medland və beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) “İdman jurnalistikası” proqramının rəhbəri Dan Mason tərəfindən tədris olunacaq.Təlimin keçirilməsində məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etməkdir. Təlim zamanı iştirakçılar Formula-1 aləmi və onun ətrafında baş verənlər haqqında müxtəlif istiqamətlər üzrə xəbər hazırlamağa dair praktik biliklər alacaq və qazanılmış yeni biliklər multimedia layihəsi çərçivəsində fərdi şəkildə sınaqdan keçiriləcək.xeber100.com