Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə “Dreamland” Qolf Klubunda qolf turniri keçirilib.Bakı Şəhər Halqasından Azərtac-a bildiriblər ki, formula 1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə keçirilən turnirə 17 komanda olmaqla, yerli və xarici 68 qolfçu qatılıb.Dörd saat davam edən yarışda komandalar meydançada 18 dəlik üzrə mübarizə aparıblar.Turnirin qalibləri Elman Rzayev, Eldar Kərimov və Xəlil Hüseynov 62 zərbənin yekununda 55,3 balla ən yüksək pilləyə layiq görülüb. 65 zərbənin yekununda 56,6 bal qazanan Kris Viliams, Qrant Vatson, Alasteir Duqlas və Skot Paterson isə ikinci yerdə qərarlaşıb.Üçüncü yerin mükafatçıları isə 59 balla Robert Stivinson, Edvard Edqar, Con Salins və Andru İkstrums olub.“Bakı Şəhər Halqası kimi artıq beş ildir ki, bu turnirə dəstəyimizi göstəririk. Düşünürəm ki, bu dəfə də iştirakçılar maraqlı oyun nümayiş etdirdilər. “Dreamland” Qolf Klubuna bu xoş qonaqpərvərliyi üçün təşəkkür edirəm. Hər kəsi iyunun 10-12-də keçiriləcək yarışımıza dəvət edir, əyləncə dolu həftəsonu arzulayıram”, – deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim yarışla bağlı bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…