Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “Azərbaycan müəllimi” qəzetinin birgə “Mənim məktəbim” layihəsinə başlanılıb.BŞTİ-dən Azərtac-a bildirilib ki, layihənin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymaqdır.Məktəb direktorları layihədə mövcud reallığı əks etdirən, məktəblərin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal, şəxsi fəaliyyətlərinə və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələrlə iştirak edə bilərlər. Onlar, həmçinin layihə çərçivəsində pedaqoji və rəhbərlik fəaliyyətləri, şəxsi metod və təcrübələri əsasında təhsil sisteminə verə biləcəkləri töhfələri geniş ictimaiyyətə çatdıracaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…