Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 8 min 348 müraciət daxil olub.Bu barədə BŞTİ-dən Azərtac-a məlumat verilib. Bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.Statistikaya əsasən, Çağrı mərkəzinə (146-0 nömrəli) 6 min 280 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 100 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.Yanvar ayında BŞTİ-yə 1645 sənəd (vətəndaşlar tərəfindən 441 ərizə, Təhsil Nazirliyindən 195, digər qurumlardan 199, məktəblərdən 327 məktub, 35 strukturdaxili yazışma və 448 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 323 elektron müraciətə baxılıb.Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…