Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində distant dərslərin izlənilməsinə başlanılıb. İlk gün Bakı şəhərindəki 19, 49, 53, 67, 114, 182, 212, 220, 236, 245, 288 və 322 nömrəli tam orta məktəblər üzrə distant dərslər BŞTİ rəhbərliyi və idarənin əməkdaşları tərəfindən müşahidə olunub.Bu barədə Azərtac-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.Sonra “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.Distant tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə layihə çərçivəsində dərs müşahidələrinin davamlı təşkili qərara alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…