Məktəblilər arasında “Şanlı bayrağım” mövzusunda fotomüsabiqə keçirilir.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, müsabiqə paytaxt üzrə “Məktəblinin dostu” layihəsinin reallaşdırıldığı 31 ümumi təhsil məktəbini əhatə edir.”Məktəblinin dostu” layihəsi tərəfindən “ASAN xidmət”lə birgə təşkil olunan müsabiqənin keçirilməsinin əsas məqsədi 9 noyabr – Dövlət Bayrağı Gününü təbliğ etmək, şagirdlərdə bayrağa hörmət və sevgi hissini aşılamaq, həmçinin onların istedadını üzə çıxarmaq, vətənpərvərlik duyğularını yaradıcı formada ifadə etmələrinə şərait yaratmaqdır.Noyabrın 6-da peşəkar heyət tərəfindən hər məktəb üzrə bir foto növbəti mərhələ üçün seçiləcək.Müsabiqənin sonunda üç ən yaxşı foto müəyyənləşdiriləcək. Həmin fotoların müəllifləri xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar. Bununla yanaşı, müsabiqənin sonuncu mərhələsinə qatılmış digər iştirakçıların da təltif olunması nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…