Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin həyat bilgisi və ibtidai sinif müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiyası elementlərinə dair təlimlərdə iştirak edib.BŞTİ ilə Mərkəzi Bankın birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsidir.Layihə çərçivəsində dörd qrup üzrə təşkil edilmiş təlimlərdə həyat bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…