Martın 14-nə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 37.319 sorğu yerləşdirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, onlardan 34.428-i ümumtəhsil məktəblərini, 2.891-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.Bu il ilk dəfə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24.000-dən çox uşaq avtomatık birinci sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qrupunda oxuyan uşaq üçün yenidən birinci sinfə qəbul üzrə sorğu yerləşdirməyə ehtiyac yoxdur.“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin online qeydiyyatı vasitəsilə həyata keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…