Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə başlanılıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, onların mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğidir.Təhsil müəssisələrində “Oxu həftəsi” çərçivəsində Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, konfrans, mühazirə, “dəyirmi masa” və ədəbi-bədii kompozisiyalar təşkil ediləcək.Ənənəyə uyğun olaraq, hər il Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunur. Aprelin 21-də keçiriləcək “Oxu günü” Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…