Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat yekunlaşıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, tam orta təhsil səviyyəsi (XI sinif) üzrə eksternat imtahanlarında iştirak üçün 378 ərizə qeydiyyata alınıb.BŞTİ-nin müvafiq əmrinə əsasən, eksternat imtahanları mayın 15-də və 16-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər mayın 7, 8, 10 və 11-də saat 10:00-dan 18:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.Eksternat imtahanlarında uğur qazanan şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququna sahib olacaqlar.Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…