Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan intellektual yarışda 120, 206, 230, 234, 69, 113, 259 və 311 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.BŞTİ-nin tabeliyindəki 230 nömrəli tam orta məktəbdə təşkil olunan intellektual oyunun əsas məqsədi məktəblilər arasında milli mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.Dörd turdan ibarət yarışda IX, X, XI sinif şagirdləri iştirak ediblər. Hər turda cavablandırmaq üçün məktəblilərə beş sual verilib.Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 230, 234 və 206 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüb. 259 nömrəli tam orta məktəbin komandası isə həvəsləndirici yeri tutub.Yarış 230 nömrəli tam orta məktəbin istedadlı şagirdlərinin ifasında “Dostluq himni”nin səsləndirilməsi ilə başa çatıb.Qalib komandalara diplom, kubok və hədiyyələr verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…