Bakıdakı ümumtəhsil müəssisələrinin metodbirləşmə sədrləri ilə görüşlər keçirilir.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən təşkil olunan görüşlərin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbin fəaliyyətində səmərəliliyin artırılması, təhsil müəssisələrində sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılmasından ibarətdir.Bakı şəhəri üzrə 12 inzibati rayonda keçirilən görüşlərdə qarşıda duran vəzifələr müzakirə olunur və təkliflər hazırlanır.Görüşlərdə təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, təhsil müəssisələrində görülən işlər, metodbirləşmələrin fəaliyyətinin səmərəli təşkili, müəllimlərin yaradıcılıq işləri, sənədləşmə, qarşılıqlı dərsdinləmələri, kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə müddəti və digər müzakirəsi vacib aktual məsələlərə toxunulur. Qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılır və müvafiq təkliflər irəli sürülür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…