Paytaxtın ümumtəhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, “İKT savadlılığının artırılması”, “Təhsildə müasir strategiyalar və layihə metodikası” mövzusunda təlimlərə İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmədə iştirak etmiş müəllimlər qatılıb.İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən təlimlər həftədə üç dəfə keçirilir.Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi təşkil ediləcək. Onun nəticələrinə əsasən, fənn müəllimləri və ibtidai sinif müəllimlərinə sertifikatlar təqdim olunacaq.Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirmək, təhsilin bütün pillələrində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…