“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turuna başlanılıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildirilib ki, pedaqoji mühazirələrin rayon mərhələsində paytaxtın 12 inzibati rayonu üzrə 673 pedaqoji mühazirə dinlənilib. Onlardan 65 mühazirə müəllifi şəhər mərhələsində iştirak etmək hüququ qazanıb.Ümumtəhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır”, “Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları”, “Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır”, “İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.Pedaqoji mühazirələrin şəhər mərhələsində mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn ən uğurlu 15 mühazirə müəyyənləşdirilərək ölkə mərhələsinə təqdim olunacaq.Pedaqoji mühazirə iştirakçıları münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir. Mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.Pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…