Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 60 ümumi təhsil məktəbində ingilis dilində “danışıq klubları” fəaliyyətə başlayıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, ingilis dilində “danışıq klubları”nın yaradılmasının məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktik danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirməkdir. Həmçinin məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etmələrinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdır.İctimai əsaslarla məktəb daxilində fəaliyyət göstərən “danışıq klubları”nda I-XI sinif şagirdləri könüllü iştirak edirlər.Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazımi dəstəyin göstərilməsi üçün paytaxtdakı pilot məktəblərin ingilis dili müəllimləri “Ümumi təhsil məktəblərində ingilis dilində danışıq klublarının yaradılması” layihəsi çərçivəsində təlimlərə cəlb olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…