Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Ən yaxşı dərs” layihəsinə başlanılıb.BŞTİ-dən Azərtac-a bildirilib ki, layihənin əsas məqsədi təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdir. Təcrübə mübadiləsi, bütün fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da layihənin əsas komponentlərindəndir.“Ən yaxşı dərs” layihəsi I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunur. Dinlənilən dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi, müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, “Ən yaxşı dərs” üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilir. Dərslər dinlənildikdən sonra təhlil və müzakirə edilir.Uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçirilən “Ən yaxşı dərs” layihəsi bütün məktəblərdə eyni vaxtda başlanır.Layihə mayın 26-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…