Bakı Sağlamlıq Mərkəzində xüsusi komissiya yaradılıb

17 Aprel 2017 14:13

Xəbər 1039 dəfə oxunub

Xəbər verildiyi kimi, səhiyyə nazirinin “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzaladığı əmrə əsasən yarış iştirakçıları və qonaqlara tibbi yardım göstərilməsi üçün ayrılan müəssisələrdən biri Bakı Sağlamlıq Mərkəzidir. Mərkəzdə İslam Oyunlarına tibbi yardım göstərilməsi ilə əlaqədar aparılan hazırlıq işləri son mərhələdədir.Bakı Sağlamlıq Mərkəzində bu məqsədlə xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibinə xəstəxananın baş həkimi və baş həkimin dörd müavini, şöbə müdirləri olmaqla 11 nəfər daxildir. Komissiyanın sədri, Mərkəzin baş həkimi, tibb elmləri namizədi Hikmət Həsənov hazırlığın gedişi barədə Azərtac-ın müxbirinə məlumat verərək deyib: ”Sağlamlıq Mərkəzinin 6-cı mərtəbəsi xüsusi olaraq İslam Həmrəyliyi Oyunları ilə əlaqədar müraciətlər üçün ayrılıb. Cərrahiyyə, ümumi terapiya, nevrologiya, endokrinologiya, mamalıq və burun-qulaq-boğaz şöbələrində 9 palata hazır vəziyyətə gətirilib. Lazım gəlsə, ümumi cərrahiyyə şöbəsinin tərkibinə daxil olan tarakal cərrahiyyə də iştirakçılara xidmət göstərəcək. Lakin bundan başqa ehtiyat üçün əlavə olaraq hər şöbədə daha 5 çarpayı ayrılması da nəzərdə tutulub. Tədbir iştirakçıları və qonaqlara rentgen, ultrasəs, KT müayinələri göstərilməsi üçün hər cür şərait yaradılıb, reanimasiya otağı və laboratoriya da tibbi yardım göstərmək üçün tam hazırdır. Tam hazırlıq vəziyyətə gətirilməyən yeganə MRT müayinəsidir. Həmin müayinələrin aparılması üçün aparat yeni alınıb, tam hazırlıq keçmiş mütəxəssis də var. Lakin yeni aparat hələ işə salınmayıb. İndi onu işə salınması üçün mütəxəssislərin gəlişini gözləyirik. Güman edirəm ki, yaxın bir-iki gün ərzində həmin proses başa çatdırılandan sonra Bakı Sağlamlıq Mərkəzinin IV İslam Həmrəyliyi Oyunların tam hazırlığı barədə danışmaq olar”.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05