Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların respublika elmi-praktik konfransı keçirilib. Azərtac xəbər verir ki, BSU-nun rektoru N.Əliyeva konfransın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunduğunu söyləyib, bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini bildirib.Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrindən gənclərin iştirak etdiklərini bildirən N.Əliyeva AXC-nin yaranmasından və qısa vaxtda gördüyü böyük işlərdən, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasından danışıb, gənclərimizə vətənpərvər olmağı, hər zaman dövlətimizin, millətimizin mövqeyini qorumağı, onun adını uca tutmağı tövsiyə edib.Sonra konfrans işini altı bölmədə iclaslarla davam etdirib. İclaslarda “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri”, “Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu quruculuğu”, “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”, “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində yeri və əhəmiyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə qısa baxış”, ”Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi”, “Müstəqil dövlətdə kosmik sənayenin əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…