“Bakı” və “Neftçi” komandaları qarşılaşıb

21 May 2016 20:49

Xəbər 1118 dəfə oxunub

Bayıl stadionunda keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub. Azərtac xəbər verir ki, mövsümün son oyununda “Bakı” və “Neftçi” komandaları qarşılaşıb. Qarşılaşma 5:1 hesabı ilə “Neftçi” komandasının xeyrinə başa çatıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə “Qəbələ” “İnter”i 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və assosiasiyanın texniki direktoru Bernhard Lippert təqdim ediblər. “Kəpəz” komandasının üzvü Çingiz Məmmədov 45 qolla liqanın ən məhsuldar futbolçusu olub. Emil Quluzadə isə (“Bakı”) turnirin ən yaxşı oyunçusu seçilib.xeber100.com