Mayın 10-dan Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonasını, “Sahil bağı”nı və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edənlər pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər.Azərtac xəbər verir ki, bunu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis N.Əliyeva jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt ərazisinə turist axınını və əhalinin şəbəkədən aktiv istifadəsini nəzərə alaraq “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsini bir qədər də genişləndirib.Qeyd edilib ki, “Baktelekom” “Baku loves you” brendi ilə təqdim olunan layihə çərçivəsində mütəmadi olaraq yeniləmə və təkmilləşdirmə işləri aparır. Yaxın zamanlarda istifadəçi üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…