“Baku Crystal Hall”da boks yarışları davam edir

15 May 2017 12:08

Xəbər 1192 dəfə oxunub

“Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları davam edir.Azərtac xəbər verir ki, bu gün dörddəbir final mərhələsi çərçivəsində dörd boksçumuz rinqə çıxacaq.Oyunlarda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Omid Əhmədisafa ilə qarşılaşacaq.Tayfur Əliyevin (56 kq) ilk rəqibi mərakeşli Taoufik Kaçfi olacaq.Elvin İsayev (64 kq) yarımfinala çıxmaq üçün Özbəkistan təmsilçisi Aliyor Noraliyevə gücünü göstərməlidir.Turnirdə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov isə ikinci döyüşünü keçirəcək. İdmançımız misirli Uosri Hafizlə üz-üzə gələcək.Qeyd edək ki, reqlamentə əsasən, yarımfinala yüksəlmiş boksçular ən az bürünc medalı təmin etmiş olurlar.xeber100.com