Şahmat üzrə “Baku Open–2017” turnirinə start verilib

13 Noyabr 2017 11:32

Xəbər 797 dəfə oxunub

Respublika Şahmat Mərkəzində 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə “Baku Open–2017” uşaq turnirinə start verilib.Azərtac xəbər verir ki, turnirdə paytaxt idmançıları ilə yanaşı Naxçıvan, Sumqayıt, Göyçay, Salyan, o cümlədən Ukraynanı təmsil edən 91 idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak edir.Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək.Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir.Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulayıblar.xeber100.com