Bakı İdman Sarayında keçirilən karate üzrə VIII beynəlxalq “Baku open” turnirinin martın 11-də açılış mərasimi olub.Azərtac xəbər verir ki, turnirin açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Yaşar Bəşirov turnirdə iştirak edən müxtəlif ölkələrdən olan idmançıları salamlayıb və onlara uğurlar arzulayıb. Y.Bəşirov bildirib ki, AKF artıq 20 ildir Dünya Karate Federasiyasının üzvüdür. Federasiya bu illər ərzində bir çox mühüm uğurlara imza atıb, karateçilərimiz mötəbər beynəlxalq turnirlərdə qələbələr qazanıblar.Y.Bəşirov karateçilərimizin qarşıdan gələn yarışlarda – “Dubay open” turnirində, IV İslam Həmrəyliyi Oyunlarında və 2020-ci il XXXI Tokio Yay Olimpiya Oyunlarında da Azərbaycanı layiqincə təmsil edərək ölkəmizə medalla qayıdacaqlarına əminliyini bildirib.Sonra yarışda təmsil olunan xarici ölkələrin müvafiq federasiyalarının təmsilçilərinə diplom və medalları təqdim edilib.Açılış mərasimindən sonra turnirin final oyunlarına start verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…