Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən beynəlxalq futvole yarışları sırasına daxil olan “Baku World Open” turnirində qaliblər müəyyənləşib.Azərtac xəbər verir ki, iki gün davam edən turnirdə yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib. Qrup mərhələsi çərçivəsində keçirilən matçların sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb.Turnirin bu mərhələsində Hollandiya Azərbaycan yığmasını məğlub edərək finala adını yazdırıb. İkinci finalçı isə Rusiya komandasına qalib gələn İran yığması olub. Hollandiya və İran arasında baş tutan final qarşılaşmasında avropalılar Asiya təmsilçisini 2:1 hesabı ilə məğlub edərək ilk dəfə keçirilən “Baku World Open” turnirinin qalibi adını qazanıb.Qadınların yarışında isə Ukrayna yığması bütün rəqiblərini arxada qoyub. Qaliblərə kubok, medal və qiymətli hədiyyələr verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…