Bananın həzm sisteminə təsiri

6 Fevral 2016 20:20

Xəbər 2001 dəfə oxunub

Banan hər mövsümdə yetişən bir meyvədir.
Banan Musa Akuminata ailəsi tərəfindən Afrikadan alınaraq yetişdirilmişdir.
Roma imperatoru Auqustun həkimi Musanın şərəfinə Mus olaraq dünyada tanınmışdır.
Banan tropik iqlimdə daha yaxşı yetişir.
Bananı yeməklə bərabər tikiş və kağız sənayesində istifadə edirlər.
Bananin dünyada bir çox rəngi vardır.
Sarı, qırmızı ya da bənövşəyi rəngdə olanları da mövcutdur. Dünyada 500- ə yaxın banan çeşidi vardır.
Banan yetişəndə içərisində olan nişasta şəkərə dönərək dadını alır.

Bananın qida dəyəri nədir?
Bananda karbonhidrat, zülal, lif vardır.
Tərkibində qlikoza, sükroz, laktoz kimi şəkər var.
A, C və E vitamini, folik turşusu, B12 vitamini, dəmir, kalsiyum, kalium, maqnezium, fosfor, sink və flor kimi minerallar vardır.
Ayrıca bol miqdarda amin turşusu istehsal edir.
Bir orta boy bananda 100 kalori vardır.

Bananın faydaları nədir?
Banan lif baxımından zəngin olduğu üçün həzm sisteminə kömək edir.
Bağirsaqlari, mədəni rahatlayır.
Depresiyaya qarşı çox faydalıdır.
Banan tərkibində olan kaliyum və maqneziyum sayəsində ürək xəstəliklərinə qarşı qoruyucu rolunu oynayır.
Mədə xorasına faydalıdır.
Dəmir baxımından zəngin olduğu üçün anemiyası olanlara banan yemək tövsiyyə olunur.
Tərkibində olan B12 və B6 vitaminləri sayəsində yaddaş zəifliyinə yaxşı təsir edir.
Saçlara və dəriyə bal ilə qarışdırılaraq maska edəndə nəmlik yaradır.
Banan böyrək xərçənginin qarşısını ala bilir.
Həftədə 4-5 dəfə banan yemək lazımdır.
Banan otaq temperaturunda saxlanılmalıdır.
Qopardıqdan sonra sürətlə yetişir.
Bir Cevap Yazın

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05