“Bank of Baku” internet bankçılıqdan istifadə edən fiziki və hüquqi müştərilərin rahatlığını təmin edəcək növbəti yeniliklərini təqdim edib.Bankdan Azərtac-a bildiriblər ki, 70 min nəfərdən çox şəxsin əməliyyatlarını daha rahat və sürətli şəkildə etmələrinə şərait yaradan internet bankçılıq təqdim etdiyi yeni istifadə imkanları ilə onların işini bir az daha asanlaşdıracaq. İnternet bankçılığın təkmilləşdirilməsi istiqamətində aparılan mühüm işlərin nəticəsi olaraq aşağıdakı 3 əsas yeniliyi xüsusilə qeyd etmək lazımdır:
1. SWIFT çıxarışın onlayn əldə olunması – müştərilər hesablar üzrə həyata keçirdikləri əməliyyatların çıxarışını banka gəlmədən, internet bankçılıq vasitəsilə onlayn olaraq əldə edə bilərlər. Ödəniş haqqında bu çıxarışı həm mədaxil, həm də məxaric olunan bütün hesablar üzrə almaq mümkündür. Çıxarışda ödəməni həyata keçirən və alan şəxsin və ya qurumun adı, ünvanı, ödəniş məbləği və tarixi öz əksini tapır.
2.Rekvizitlərin alınması – cari hesablar bölməsində olan istənilən hesabın rekvizitini indi internet bankinq istifadəçiləri çox rahat şəkildə özləri ala bilərlər. Bunun üçün cari hesablardan birinə keçib rekvizitlər düyməsinə basmaq kifayətdir. Rekvizitlərin e-poçta göndərilməsi də mümkündür.
3.Geri dönüş imkanlı bizimlə əlaqə bölməsi – bizimlə əlaqə bölməsi daha da təkmilləşdirilərək istifadəçilərdən daxil olan sual və müraciətlərin həmin gün ərzində cavablandırılmasına xidmət edir. Belə ki, xidmətdən istifadə edən şəxslər səhifəni tərk etmədən bankla əlaqə qura və müraciətlərinə cavab ala bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…